Hava limanında soyğun: təyyarədən enən qırğızların 4 milyon dollarını apardılar

Hava limanında soyğun: təyyarədən enən qırğızların 4 milyon dollarını apardılar

Onlar nağd pulu bəyan ediblər, nəzarətdən keçiblər və dərhal terminaldan çıxışda cinayətkarların pəncəsinə düşüblər

Moskvanın azərbaycanlılara yaxşı tanış olan Domodedovo hava limanında böyük oğurluq olub. Avtomatlarla silahlanmış naməlum şəxslər iki Qırğızıstan vətəndaşına hücum edərək, onların 4 milyon dollarını qarət ediblər.

Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb. Nəşrin yazdığına görə, əcnəbilər Rusiya paytaxtına hazır biznes almaq üçün belə böyük məbləğ gətiriblər. Onlar nağd pulu bəyan ediblər, nəzarətdən keçiblər və dərhal terminaldan çıxışda cinayətkarların pəncəsinə düşüblər.

Çıxışa iki avtomobil gəlib, oradan silahlı şəxslər çıxıblar. Onlara güllə atmaq lazım deyildi - sahibkarlar pulu könüllü olaraq veriblər. Bundan sonra soyğunçular qaçıblar.

Daha sonra basqın edilən avtomobillər Moskva yaxınlığındakı meşədə tərk edilmiş vəziyyətdə tapılıb. Məlum olub ki, cinayətkarlar iki avtomobili - "Lexus" və "Toyota Land Cruiser" markalı avtomobilləri də oğurlayıblarmış. Hadisəni törədənlər axtarılır.

(oka.fm)