Cəmi 4 dəqiqə 17 saniyəlik dəhşət

Cəmi 4 dəqiqə 17 saniyəlik dəhşət

Dünya bu qanlı olayı yenidən müzakirə edəcək

2016-cı ildə Bastiliya Günü qeyd edilərkən, 19 tonluq yük maşınını idarə edən terrorçu avtomobili camaatın üzərinə sürdü. Nitsadakı “Promenade des Anglais”-də faciə 4 dəqiqə 17 saniyə çəkdi...

Parisdə 86 nəfərin ölümü ilə nəticələnən hücumla bağlı dinləmələr başlayıb.

Müttəhimlər kürsüsündə hücumun icraçısı olmayacaq. Çünki Mohamed Lahuaiej Bulel yerindəcə öldürülüb.

“Qurbanların digər qohumları kimi biz də həqiqəti bilmək istəyirik, hər kəsin məsuliyyətə cəlb olunmasını istəyirik”, – deyə Bruno Razafitrimo bildirib.

“Əlbəttə, onun niyə belə etdiyini bilmək istərdim”, - deyə onun oğlu Amauri əlavə edib.

Andlılar Məhkəməsi qarşısına 7 nəfər çıxacaq: onlardan üçü cihadçı ilə əlbir olmaqda ittiham olunur. Digərləri qanunsuz silah dövriyyəsi ilə bağlı ittiham edilirlər.

Deyə bilərik ki, Nitsadakı terror aktını artıq hamı unudub. İndi yenə bu hadisələrdən danışılacaq, mətbuat məhkəməni müzakirə edəcək, amma prezident seçkilərini xatırlayın. Namizədlər terrorizm mövzusunda çıxış edəndə heç kim İngiltərə bulvarında baş verən faciəni qeyd etməyib.

Tarixi prosesin 3 ay davam edəcəyi gözlənilir. İddiaçılar 850 nəfərdir, aralarında çoxu xarici vətəndaşlardır.

Hadisədən altı il sonra da yüzlərlə uşaq posttravmatik pozğunluqdan əziyyət çəkir. Həkimlər və asosasiyalar onlara yaşadıqlarınıdan doğan stressin öhdəsindən gəlməyə kömək edir.

(Euronews)