Rusiya səfirliyi qırmızıya boyandı, sovet abidəsi dağıdıldı - FOTO
Dəymiş ziyanın miqyası dəqiqləşdirilir, polis hadisəni araşdırır
Berlində Rusiya diplomatik missiyasının ərazisinə qırmızı boya ilə butulkalar və balonlar atılıb. Brandenburq Verderində isə naməlum şəxslər sovet abidəsini təhqir ediblər.
Oktyabrın 10-u axşam saatlarında bir neçə naməlum şəxs Rusiyanın Berlindəki səfirliyinə balonlar və qırmızı boya butulkaları atıb. Onlar diplomatik nümayəndəliyin qapılarına və ərazisinə çırpılıblar. Oktyabrın 11-də Berlin polisi bildirib ki, itki yoxdur. Səfirliyin əməkdaşları suda həll olunan boyanı silə biliblər.
Bu arada Brandenburq federal əyalətinin Verder şəhərində naməlum şəxslər şəhər qəbiristanlığında sovet abidəsini təhqir ediblər. Polisin məlumatına görə, naməlum şəxslər sovet ulduzunu postamentlə birlikdə yıxıb və həlak olmuş sovet əsgərlərinin adları yazılmış daş lövhəni dağıtmağa cəhd ediblər.
Abidənin qarşısındakı klumbadan güllər qoparılıb, su kranı sındırılıb. Dəymiş ziyanın miqyası dəqiqləşdirilir. Polis hadisənin baş vermə şəraitini araşdırır.
(DW)