Böyük Britaniya Kralı elan olundu

Böyük Britaniya Kralı elan olundu

“İnsanların ailəmizə rəğbət bəsləməsi mənim üçün ən böyük təsəllidir”

III Çarlz bu gün rəsmi şəkildə Böyük Britaniya Kralı elan olunub. “Avronews” xəbər verir ki, rəsmi mərasimin keçirildiyi Müqəddəs Ceyms Sarayında Çarlz yeni Kral elan edilib.

Yeni Kral qeyd edib ki, insanların onun ailəsinə rəğbət bəsləməsi, belə böyük sevgi və dəstək onun üçün ən böyük təsəllidir.

Çıxışından sonra Kral III Çarlz and içib.