Almaniya ordusu SS forması geyinəcək - İLGİNC

Almaniya ordusu SS forması geyinəcək -

“Bu, İkinci Dünya müharibəsində nasistlərin törətdiyi ağır hərbi cinayətləri simvolizə edənlə eynidir”

Qərbin məşhur “Bild” jurnalı alman qoşunlarının yeni hərbi geyim partiyasını alması barədə məqalə dərc edib. Formanın üzərində SS etiketinin olması diqqət çəkir. Bu abbreviatura İkinci Dünya müharibəsi zamanı Almaniyada ən təhlükəli birləşmələrdən birinin adı ilə uzlaşır.

“Bild” qeyd edir: “Minlərlə Bundesver əsgəri SS yazılı hərbi forma aldı! Abbreviatura İkinci Dünya müharibəsində nasistlərin törətdiyi ən ağır hərbi cinayətləri simvolizə edənlə eynidir”.

Jurnal istehza ilə yazır: “Bu, pis zarafat kimi səslənir”.

Müdafiə naziri Kristina Lambrext “Bild”ə verdiyi açıqlamada Almaniya ordusunun "formalarından ittihamedici etiketləri əsgərlərin özləri çıxarmalı olduğunu" söyləyib.

Lambrextin bəyanatından belə çıxır ki, alman əsgərləri ya etiketi tamamilə kəsməlidirlər - baxmayaraq ki, faydalı məlumatlar ola bilər - ya da yalnız SS abbreviaturasını kəsməlidirlər.

Alman nəşri yazır ki, dəbilqələrin, yataq çantalarının və etiketlərin - düzgün olmayan formaların 2,3 milyard avroya başa gəlməsi diqqətçəkicidir. İstehsalçılar formadakı SS işarəsinin geyimin ölçüsü ilə əlaqəli olduğunu, yəni “S-Shorts” anlamına gəldiyini bildirsə də, bu arqument jurnal üçün əsaslı görünmür.

(tut-news.ru)