İranın daxili işlər naziri “qara siyahı”ya salındı

İranın daxili işlər naziri “qara siyahı”ya salındı

Avropa İttifaqı və Böyük Britaniya daha 29 nəfər Tehran təmsilçisinə sanksiya tətbiq edib

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya “insan haqlarının ciddi şəkildə pozulmasına görə” ifadəsi ilə Tehrana qarşı yeni sanksiyalar tətbiq edir. Məhdudiyyətlər İran rejiminin 29 nümayəndəsinə, o cümlədən İslam Respublikası Daxili İşlər Nazirliyinin rəhbəri və iki generala şamil ediləcək.

Sanksiyalar siyahısında Qərbdə sentyabrın sonundan ölkəni silkələyən anti-hökumət etirazları iştirakçılarının ardıcıl tövbəsini yaymaqda ittiham olunan “Press TV” dövlət telekanalı da var.

Brüssel həm də İran hakimiyyətinin Rusiyaya verdiyi hərbi dəstəyi pisləyib.

“Biz təkid edirik ki, İran Rusiyanın Ukrayna xalqına qarşı vəhşilik etmək üçün istifadə etdiyi silahların tədarükünü dayandırsın. Kamikadze pilotsuz dronların satışı BMT Təhlükəsizlik Şurasının nüvə sazişinə dair 2231 saylı qətnaməsinin kobud şəkildə pozulmasıdır”, - deyə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib.

Tehran sanksiyaların tətbiqinə “proporsional və qəti” cavab vəd edib. Bazar günü İslam İnqilabı Məhkəməsi Məhsa Əmininin ölümü ilə nəticələnən küçə etirazlarında iştiraka görə ilk ölüm hökmü çıxarıb.

İran İnsan Haqlarına görə, repressiyalar zamanı ən azı 326 nəfər həlak olub. 2000-dən çox iranlı müxtəlif ittihamlarla mühakimə olunacaq.

Ötən ay Aİ artıq İranın əxlaq polisi, İnqilab Keşikçiləri Korpusunun rəhbərlərinin və İranın İnformasiya Texnologiyaları nazirinin aktivlərini dondurub və vizalarını ləğv edib.

(Euronews)