İtaliya hökumətinin başçısı istefa verdi: “Bildirmək istəyirəm ki...”
Draqi: "Bu axşam istefamı respublika Prezidentinə təqdim edəcəyəm"
İtaliyanın Baş naziri Mario Draqi vəzifəsindən istefa verib. “Avronews” xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Draqi Nazirlər Şurasının iclasında müvafiq bəyanatı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya təqdim edəcək.
“Mən bildirmək istəyirəm ki, bu axşam istefamı respublika Prezidentinə təqdim edəcəyəm”, - deyə o bildirib.