Azərbaycan ordusunun hərbçisi intihar edib, araşdırma aparılır
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb
Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib. Bu barədə “Avronews”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İyulun 13-ü saat 23:00 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi Prokurorluğa məlumat daxil olub.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq aparılır.