Bu dəfə “Mirvari sırğalı qız” hücuma məruz qaldı

Bu dəfə “Mirvari sırğalı qız” hücuma məruz qaldı

Hadisəni törədənlər həbs olunublar, polis araşdırma aparır

Haaqadakı (Hollandiya) Mauritşuis Kral Qalereyasında iqlim fəalları holland rəssamı Yan Vermeerin məşhur “Mirvari sırğalı qız” tablosu qarşısında aksiya keçiriblər. Onlardan biri başını şəklin şüşəsinə qoyub, digəri yoldaşının üzərinə qırmızı maye vurub, sonra əlini şəklin yanındakı divara yapışdırıb.

Üç fəalın Belçika vətəndaşlığı var. Onlar artıq həbs olunublar. Muzeydən verilən məlumata görə, əsərə heç bir zərər dəyməyib, Polis araşdırma aparır.

Bu, ekoloji fəalların Avropa muzeylərində ilk aksiyası deyil. Hollandiyadakı fəallar eko-qruplardan birinin adı olan “Just Stop Oil” yazılmış köynəklər geyiniblər.

Almaniyada ətraf mühit fəalları Klod Monenin “Saman tayası” tablosunun üzərinə kartof püresi tökmüşdülər. Bundan əvvəl Londondakı Milli Qalereyada holland post-impressionist Vinsent van Qoqun “Günəbaxanlar” tablosuna isə pomidor şorbası ilə tökülmüşdü.

(Kommersant)