Ukraynalı və rusiyalı futbolçular arasında Türkiyədə kütləvi dava

Ukraynalı və rusiyalı futbolçular arasında Türkiyədə kütləvi dava

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər çağırılıb

Türkiyə otellərindən birində ukraynalı və rusiyalı futbolçular arasında kütləvi dava olub. Bu barədə fevralın 14-də “Baza” adlı “Telegram” kanalı məlumat yayıb.

İlkin məlumata görə, fevralın 13-ü axşam saatlarında Ukraynanın “Minay” klubunun bir neçə nümayəndəsi Yaroslavl “Şinnik”inin direktorundan Ukrayna himnini oxumağı tələb etməyə başlayıb.

Rusiya klubunun nümayəndəsinin ukraynalılara küçəyə çıxıb “aramızda həll etməyi” təklif etdiyi, lakin otel işçilərinin münaqişəyə müdaxilə etdiyi və bunun davam etmədiyi vurğulanır.

Qeyd olunur ki, bir müddət sonra Ukrayna klubunun futbolçuları “Şinnik” futbolçusu ilə eyni liftə düşüblər və orada onu döyüblər və lift yerə çatanda isə qapı açılan kimi yaroslavlı futbolçular qapıda dayanıblar. Nəticədə, ukraynalı və rusiyalı futbolçular arasında kütləvi dava düşüb.

“Telegram” kanalının məlumatına görə, “Royal Seginus” otelinə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər çağırılıb.

Futbolçularla komanda nümayəndələri arasında toqquşmaların sonra da davam etdiyi bildirilir. Oteldə iki polis əməkdaşı və əlavə mühafizəçilər növbə çəkir.

(regnum.ru)