Lavrov: “Layiqli cavab verəcəyik”
Rusiyanın Bolqarıstandakı səfirliyi normal işləyə bilmir
Rəsmi Sofiyanın 70 rus diplomatını ölkədən çıxarmasından sonra Rusiyanın Bolqarıstandakı səfirliyi normal fəaliyyət göstərə bilmir.
“Avronews” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O, Moskvanın cavab tədbirləri görəcəyini vurğulayıb.
Venesueladan olan həmkarı Karlos Faria ilə görüşündən sonra keçirilən mətbuat konfransında Lavrov “Təbii ki, biz bolqar həmkarlarımıza layiqli qarşılıq verəcəyik”, - deyə açıqlama verib.
Xatırladaq ki, iyunun sonunda Sofiya 70 rusiyalı diplomatı, eləcə də texniki heyəti ölkədən çıxarmaq qərarına gəlib. Səfirliyin əməkdaşları iyulun 3-də Bolqarıstanı tərk etməyə başlayıblar.