“Ailəsi zülmə uğramış ukraynalılar ruslarla necə yarışa bilər?!”
Ukrayna Paris olimpiadasını boykot edə bilər: “Əgər Rusiya və Belarus…”
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının yarışmasına icazə verəcəyi təqdirdə, Ukrayna 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını boykot etmək niyyətindədir. Bu barədə Rusiya Federasiyası tərəfindən əraziləri işğal edilmiş dövlətin idman naziri Vadim Qutzeit sosial şəbəkələrdə açıqlama verib.
“Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Ukraynada müharibə davam edərkən, Rusiya və Belarus idmançıları beynəlxalq yarışlarda iştirak etməməlidirlər”, - deyə o bildirib.
Ukraynalı nazir çərşənbə günü BOK-un "Rusiya və Belarus idmançılarının neytral statusda yarışmasına icazə verilməsi imkanlarını daha da araşdırmaq" zərurəti ilə bağlı bəyanatına reaksiya verib.
Danimarka Olimpiya Komitəsinin rəhbəri və Böyük Britaniyanın mədəniyyət naziri Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı qanunsuz müharibəsini legitimləşdirməyə imkan verəcək hər hansı təşəbbüsü pisləyiblər.
Litvalı yunan-Roma güləşçisi Mantas Kniastautas da bu fikirdədir: “Yumşaq desək, mənfi baxıram. Rusiya idmançılarının əksəriyyəti davam edən təcavüzü dəstəkləyir. Paradlarda iştirak edirlər, sosial şəbəkələrdə müharibə üçün danışırlar. Ailəsi əziyyət çəkmiş bir ukraynalının ruslarla necə rəqabət apara biləcəyini təsəvvür edə bilmirəm”.
Paris meri Ann İidalqo rusiyalı idmançıların Olimpiadada, lakin neytral bayraq altında iştirak etmələrini istərdi. BOK Parisdə keçiriləcək Olimpiya Oyunlarının Təşkilat Komitəsinin belə qərarlar qəbul etmədiyini xatırladaraq cavab verdi: “Olimpiya Oyunlarında iştirak edən hər bir idman növü üzrə beynəlxalq federasiya bu məsələdə yeganə səlahiyyətə malikdir”.
BOK ötən il fevralın sonunda beynəlxalq federasiyalara Rusiya və Belarus idmançılarının yarışlarda iştirakının qarşısını almağı tövsiyə edib. Dekabrın əvvəlində qadağanın müddəti uzadılıb.
(Euronews)