Tramp: “Elə isə hazır olun!”

Tramp: “Elə isə hazır olun!”

Məğlubiyyətini etiraf etməyən siyasətçi partiyadaxili mübarizələrlə üzləşə bilər

ABŞ-ın “Axios” nəşri milyarderin yaxın çevrəsindəki üç mənbəyə istinadən xəbər verir ki, Donald Tramp Ağ Ev uğrunda yenidən mübarizə aparmaq qərarını noyabrın 14-də elan edə bilər. Keçmiş Prezidentin müşavirlərinin noyabrın 8-də keçiriləcək aralıq seçkilərinin nəticələri elan edildikdən sonra bir həftəlik fasilə verəcəyi bildirilir.

Ayova ştatında keçirilən mitinq zamanı siyasətçi tərəfdarlarına namizədliyi barədə düşündüyünə eyham vurub: “Mən çox güman ki, bunu yenidən etməyə hazıram ki, ölkəmiz daha uğurlu və təhlükəsiz olsun. Elə isə hazır olun!”.

Sorğular göstərir ki, Trampın partiyası Nümayəndələr Palatasında güclü çoxluğu təmin edə bilər. Tərkibinin üçdə biri yenilənəcək Senat uğrunda mübarizədə Respublikaçılar və Demokratlar arasında daha az əhəmiyyətli fərq gözlənilir.

Lakin 2021-ci ildə məğlubiyyətini etiraf etməyən siyasətçi partiyadaxili mübarizələrlə üzləşə bilər. Onun namizədlik uğrunda rəqiblərindən biri Florida qubernatoru Ron DeSantis ola bilər.

Müşahidəçilər hesab edirlər ki, Trampın potensial namizədliyi hazırkı dövlət başçısı Co Baydeni ikinci müddətə namizəd olmağa sövq edə bilər.

(Euronews)