Leninin sonuncu abidəsi də söküldü - VİDEO
“Dünyanın ən qəddar hakimiyyət sistemlərindən birinin - sovet kommunizminin banisinin heykəlinin küçələrdən götürülməsi yaxşı haldır”
Finlandiyanın şərqində, Kotka şəhərində Vladimir Leninin ölkədəki sonuncu abidəsi sökülüb. Sovet liderinin büstü 1979-cu ildə ona qardaş şəhərdən - Estoniyanın Tallinindən hədiyyə olaraq alınıb.
Eston heykəltəraşı Matti Varikin müəllifi olan abidə Leninin ziyarət etdiyi binaların yanında şəhərin mərkəzində qoyulmuşdu. Bu yaxınlarda büst dəfələrlə təhqir obyektinə çevrilib və "Kymenlaakso" şəhər muzeyinin anbarına köçürüləcək.
Finlandiyada sovet irsinin qorunub saxlanması zərurəti ilə bağlı müzakirələr Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar qızışıb.
Kotka sakini Matti Leikkonen deyir: "Bu, çox gözəl hissdir. Məncə, dünyanın ən qəddar hakimiyyət sistemlərindən birinin - sovet kommunizminin banisinin heykəlinin küçələrdən götürülməsi yaxşı haldır".
31 dekabr 1917-ci ildə Vladimir Lenin Xalq Komissarları Sovetinin Finlandiyanın müstəqilliyi haqqında dekretini imzalamışdı.
Şəhərsalma direktoru Markku Hannonen əmindir: "Bir çox insanlar üçün bu heykəl nədənsə əhəmiyyətli idi, ən azı keçmişi xatırladırdı. Çoxları da onu küçədən götürmək istəyirdi, çünki bu, Finlandiya tarixində repressiya dövrünü təmsil edir”.
Abidənin sökülməsi təklifinə administrasiya nümayəndələri və yerli sakinlər tərəfindən təkidlə yayda baxılmışdı. Əvvəllər Leninin Turku və Helsinkidəki heykəlləri də sökülmüşdü.
(Euronews)