Vətəni müdafiə, rus əsirliyi və möcüzə geridönüş: “FSB-çilər soruşdular ki...” - FOTO, VİDEO

Vətəni müdafiə, rus əsirliyi və möcüzə geridönüş: “FSB-çilər soruşdular ki...” -

“Mən rus siyahılarına inanmıram, çünki bəziləri yazırlar ki, uşaqlar ya yaralanıb, ya da "iki yüz" nömrəli yük olublar”

Rusiya əsirliyindən azad edilən 21 yaşlı Boqdan DW-yə Mariupol uğrunda döyüşlər, xəsarətlər, “Azovstal” katakombaları, “DXR” xəstəxanasında əsir düşməsi, FSB-nin ziyarətləri və mübadilələri barədə danışıb.

"Budapeşt" kod adlı "Azovçu" Boqdanın indi 21 yaşı var. İyunun 29-da o, digər ukraynalı döyüşçülərlə birgə genişmiqyaslı hərbi əsir mübadiləsi çərçivəsində vətəninə qayıdıb. O, “Azov” alayına keçən il daxil olub. Qışda Mariupol yaxınlığındakı Azov alayının təlim bazasında idi. Fevralın 24-nə keçən gecə dostu ilə gecə saat ikiyə qədər “Kartlar, pullar, iki silah” filminə baxıb. Səhər saat 5-də bir həmkarı otağa "Uşaqlar, qalxın, müharibə!" sözləri ilə giərək, onları oyadıb.

Boqdan əvvəlcə inanmadığını deyir. Amma Kiyev, Xarkov, Jitomir və digər şəhərlərə raket hücumları barədə xəbərlər artıq telefonla ona daxil olmuşdu...

Uşaqlar dərhal Mariupola göndərildi. Boqdanın sözlərinə görə, “orada vəziyyət getdikcə gərginləşirdi”. “Budapeşt” Rusiya ilə Ukrayna arasındakı müharibənin ilk günlərini xatırlayır: “Biz Xerson və Berdyanski alınanda, Şirokinonun bizim olmadığını, Volnovaxada döyüşlərin getdiyini anlayanda hər şeyi başa düşdük”.

Mariupolun deblokadasını gözləyərkən...

Hərbçilərin sözlərinə görə, Mariupolda küçə döyüşləri martın 7-dən gedirdi və martın 10-da şəhər mühasirəyə alınıb. Mariupol qarnizonunun şəhərin müdafiəsinin öhdəsindən təkbaşına gələcəyinə inam hər keçən gün azalırdı.

Mariupolun deblokadası əməliyyatının keçiriləcəyinə təkcə Ukraynadakı mülki şəxslər deyil, həm də “azoçular” inanırdılar.

"Təəssüf ki, tarixi xatırlamıram, amma aprel idi. Əvvəlcə dedilər ki, blokada əməliyyatı səhər saat 4-də başlayıb", - Boqdan deyir.

Lakin onuncu gün xəbərsiz keçəndə, "Budapeşt" blokadanın ləğv olunmayacağını güman etdi, çünki Ukrayna texnikasının koloniyası artıq fiziki olaraq şəhərə girə bilməyəcəkdi.

Bir anda "Budapeşt" başa düşdü ki, onun başına yalnız iki şey gələ bilər: ya əsirlik, ya da ölüm.

Boqdan deyir ki, komandanlığa xəbərdarlıq edilib: "Gəldilər, komandanımızla danışdılar. Sonradan bizə qısa və sadə şəkildə başa saldılar ki, vəziyyət o qədər pisdir ki, indi yeganə çıxış yolu əsirlikdir. Və budur... Sonra başa düşdüm ki, biz uzun müddət dözə bilməyəcəkdik”.

“Azovstal” bunkerində

Mariupoldakı bir döyüş zamanı Boqdan başından qəlpə yarası aldı və döyüş yoldaşları onu  “Azovstal”dakı bunkerə köçürdülər. Tezliklə Mariupolun bütün müdafiəçiləri orada məskunlaşdılar.

"Budapeşt" çox az şey xatırlayır, çünki çox zaman yatırdı. O, orada olarkən həmkarları ona su verirdilər: “O zaman yeməklə vəziyyət çox gərgin idi: gündə bir stəkan, bəzən yarım stəkan sıyıq və kiçik bir parça salo olurdu”.

Sonra rus qoşunları bunkerə bomba atdılar. Boqdan deyir ki, hamı plitələrin altında qalmışdı. Yatdığı otaqdan yalnız o, qazılıb çıxarılmışdı. Bütün digər yaralı əsgərlər ölmüşdü…

Bir neçə gündən sonra “Azovstal” ətrafında təslim olmaq barədə söhbətlər yayılmağa başladı. “Budapeşt” təslim olmaq fikrində olmasa da, döyüş yoldaşları onu razı saldılar.

“Mənə sübut etməyə başladılar ki, başqa çıxış yolu yoxdur – ya əsir, ya da... Amma, biz ölməməliyik. Biz “Azov”a gələndə başımıza belə şeylər gələ biləcəyinə ruhən hazır olmalıyıq", - deyə gənc xatırlayır.

“Bu, evakuasiya deyil”

Amma Boqdan başa düşdü ki, ruslarla danışıq aparmağın faydası yoxdur: "Mən başa düşdüm ki, bu, evakuasiya deyil, başa düşdüm ki, onlar heç kimi asanlıqla verməyəcəklər. Xüsusilə də “azovçular”ı. Siz nə danışırsınız?"

Xatırlayır ki, onu xərəkdə zavoddan çıxaranda ətrafda üçrəngli Rusiya bayrağı və Z işarələri var idi...

Əvvəlcə Boqdan Novoazovska aparıldı. Orada onu Qırmızı Xaç qarşıladı: "Mən onları ümumiyyətlə, görmək istəmirəm".

"Budapeşt" əsəbi şəkildə deyir və izah edir ki, ondan qohumlarının əlaqə məlumatları istənildi, lakin o, Qırmızı Xaçın Rusiya ofisinin nümayəndəsinin maraqlandığını güman etdiyi üçün onlara kontakt verməkdən imtina etdi.

"Mən ona deyirəm ki, sən yanıma gələndə telefon nömrəsini verəcəm və özüm də yaxınlarıma zəng edə biləcəyəm. Ona görə də indi  heç nə verməyəcəyəm", - deyən Boqdan bundan sonra Qırmızı Xaç nümayəndələrini heç görmədiyini də əlavə etdi.

Döyüşçü Novoazovskda bir gün keçirərək orada ona münasibətin "normal" olduğunu deyir: "Rus əsgəri mənə ağrıkəsici vurdu. Soruşdu ki, “haransa ağrıyırmı?”. Dedim, “hə, ağrıyır, ağrıkəsici vur”. O, adekvat adam idi”.

"DXR" silahlıları ilə

Daha sonra Donetskə aparıldı. “Budapeşt” deyir ki, o, keçmiş 15 saylı xəstəxanaya yerləşdirilib və birindən başqa bütün mərtəbələrdə yaralı ukraynalı hərbi əsirlər yatırdı. Ayrı bir mərtəbədə isə özünü "DXR" adlandıran qurumun silahlıları var idi.

Ukrayna hərbçilərinin palatalarında qapı daim açıq olmalı idi ki, onların “mühafizəçiləri” əsgərlərin “qanunsuz” heç nə etmədiklərini görsünlər. Açıq qapıdan tez-tez "DXR" üzvlərinin təhqirləri eşidilirdi: "Bir tibb bacısı bizim necə pis olduğumuzu, bizdən əvvəl yaxşı yaşadıqlarını, amma səkkiz ildir bombalandıqlarını söyləməyə başladı. Biz əclaflar və vicdansızlar idik...".

Hərbçinin dediyinə görə, bir gün FSB nümayəndələri onun yanına gəliblər: "Onları ən çox Azovda nə qədər texnika, silah-sursat anbarları olması, onların yeri maraqlandırırdı. Onlar həm də zabitlərlə maraqlandılar, bütün zabitlərin adını çəkməyi tələb etdilər".

Boqdan əlavə edir ki, FSB də onun nə qədər rus əsgər öldürməsi və ümumiyyətlə, niyə "Azovçular"ın rus əsgərlərini öldürməsinin səbəblərini soruşublar: "Nə demək istəyirsiz? Əsgərlərinizi niyə öldürdüm? Evimə silahla gəldiniz. Tanımadığım formada, ağ sarğılı, əlində silahlı bir oğlan görürəm. Əlbəttə ki, onu vuracağam, yoxsa nə etməliyidim?".

Həm də Rusiya İstintaq Komitəsinin nümayəndəsi onun yanına gəlib, “Budapeşt”in yazdığına görə, “Azovçular Banderanı sevirmi?” kimi absurd suallar verib.

Əsir mübadiləsi

Boqdan sevdikləri ilə əlaqə saxlaya bilmədiyi düşüncəsi ilə daim sıxılırdı. Hərbçilər mübadilə haqqında danışırdılar, lakin prosess açıq-aydın pozulurdu. Boqdanın dəyişdirilmək üçün çıxarıldığı iddia edilən döyüş yoldaşları yenidən xəstəxanaya qaytarılırdı. Bir vaxt o, tamamilə ümidini kəsdi, çünki dustaqlara “Azovçuları”ın dəyişdirməyəcəklərini söylədilər.

Ancaq bir gün yaralı Ukrayna əsgərlərinə, o cümlədən Boqdana əşyalarını yığmaq tapşırıldı və əsl mübadilə üçün aparıldı: "Mən buna inanmadım, şoka düşdüm. Mən Zaporojyeyə gətirilirəm. Şəhər. İnsanlar. Dərhal məni xərəyə qoyurlar. Yüz həkim mənimlə nəsə etmək üçün yanıma qaçır. Hamı mənə kömək edir".

"Budapeşt" əsirlikdə qalan döyüşçü qardaşlarının da tezliklə vətənə qayıdacağına inanır: "Yelenovkadadır bizimkilərin çoxu. Mən rus siyahılarına inanmıram, çünki bəziləri yazır ki, uşaqlar ya yaralanıb, ya da "iki yüz" nömrəli yük (öldürülüb - red.) olub. İstərdim ki, onların hamısı evində olsun, əsirlikdə olmasın”.

“Azovçu” deyir ki, Ukraynanın hərbi komandanlığı hər bir insanı yüksək qiymətləndirir, ona görə də mübadiləni sürətləndirmək üçün əlindən gələni edir: "Bizdə də Rusiya Federasiyasının və “L/DXR”-in hərbi əsirləri var və onlar burada öz zibilliklərindən daha yaxşı yaşayırlar. Nə danışmaq olar? Onların bizim əsirliyimizdə öz ölkələrindən daha çox hüquqları var".

Reabilitasiyadan sonra Boqdan cəbhə xəttinə qayıtmaq niyyətindədir: “Hesab edirəm ki, ölkəmi müdafiə etmək, onun maraqlarını və ərazi bütövlüyünü müdafiə etmək mənim borcumdur”.

(DW)