Tramp və övladlarına qarşı yeni cinayət işi

Tramp və övladlarına qarşı yeni cinayət işi

İttihama görə, “Tramp Təşkilatı” 2011-2021-ci illər arasında çoxsaylı fırıldaqçılıq əməlləri törədib

Donald Trampın ailə biznesini araşdıran Nyu-York Baş Prokurorluğu keçmiş ABŞ Prezidenti və onun 3 övladına qarşı dələduzluq ittihamı ilə cinayət işi açıb. Prokurorlar hesab edirlər ki, “Tramp Təşkilatı” adlanan qurum 2011-2021-ci illər arasında çoxsaylı fırıldaqçılıq əməlləri törədib.

Bunun üçün Nyu-Yorkun Baş prokuroru Letitia Ceyms (Letitia James) Tramp və övladlarına hər hansı Nyu-York şirkətlərində məsul işçi və ya direktor vəzifələrində işləməyə qadağa qoyulmasını tələb edib. “Tramp Təşkilatı” isə hər hansı qanun pozuntusunu rədd edir.

Letitia Ceyms mətbuat konfransında deyib ki, Tramp və “Tramp Təşkilatı” qeyri-qanuni olaraq öz əmlaklarının dəyərini şişirdib və beləliklə, qanunsuz varlanma və “sistemi aldatmaq” məqsədilə öz kapitallarını milyardlarla dollar artırıblar.

Baş prokurorun bəyanatı onun Trampın şirkətinin biznes təcrübələri ilə bağlı mülki araşdırmanı həll etməkdən imtina etməsindən sonra verilib.

Letitia “Tramp Təşkilatı”nın Nyu-York əyalətində gələcək daşınmaz əmlak əməliyyatlarının qadağan edilməsini də tələb edir. Onun sözlərinə görə, iş federal prokurorlara və ABŞ Daxili Gəlirlər Xidmətinə göndərilir.

(BBC)