Şiddətli əks-hücum haradan başlayacaq – Kəşfiyyat döyüşü

Şiddətli əks-hücum haradan başlayacaq –

Qərb iki mühüm ssenari üzərində dayanır, Kreml isə bəyan edir ki…

Böyük Britaniyanın Müdafiə Nazirliyi və Müharibə Araşdırmaları üzrə Amerika İnstitutu Rusiya qoşunlarının Ukraynanın mümkün əks-hücumlarını dəf etməyə hazırlaşdıqları təxmini ilə razılaşır. Sual budur: əks-hücumlar harada baş verə bilər?

Britaniya hərbi departamentinin rəyinə görə, eyni dərəcədə ehtimal olunan iki əks-hücum ssenarisi Ukraynanın şimal-şərqində - Luqansk vilayətində və cənubda - Zaporojye vilayətində baş tuta bilər.

Son həftələrdə Rusiya Zaporojye vilayətinin mərkəzi hissəsində, xüsusən də Vasilyevka və Orexov şəhərləri arasında müdafiə istehkamlarını gücləndirib. Britaniya Müdafiə Nazirliyi bildirir ki, Rusiya Federasiyası bu sektorda böyük qüvvələr saxlayır. Ukraynanın Zaporojye istiqamətində sıçrayışı Rostov vilayətini işğal olunmuş Krımla birləşdirən Rusiya körpüsü üçün ciddi təhlükə yaradır.

İkinci əks-hücum ssenarisi Ukraynanın Luqansk bölgəsində irəliləyişidir və bu, Rusiyanın bütün Donbassı tam işğal etmək məqsədini daha da gecikdirə bilər.

Britaniya Müdafiə Nazirliyi bildirir ki, Rusiyanın müdafiəni gücləndirməsi komandirlərin Ukraynadan iri hücumlar perspektivini ciddi şəkildə nəzərdən keçirdiyini göstərir.

Bu təhdidlərdən hansının prioritet olacağına qərar vermək, ehtimal ki, Rusiya ordusunda əməliyyat planlaması ilə məşğul olanlar üçün ən böyük dilemmalardan biridir.

Ukrayna əks-hücumunun yeni mərhələsinin hazırlandığını, Rusiyanın tammiqyaslı işğalının başlamasından 10 ay sonra, Ukraynanın Qərb müttəfiqlərinin son bir neçə gündə vəd etdiyi zirehli döyüş maşınlarının çatdırılması sübut edir. Eyni zamanda, Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi bildirib ki, “bu çatdırılmalar heç nəyi dəyişdirə bilməyəcək”.

(Euronews)