Yenə İran, yenə hicab qalmaqalı: xanım idmançının başına nə gələcək?
Beynəlxalq ictimaiyyət narahatdır, səfirlik iddiaları təkzib edir, idmançı özü isə...
Beynəlxalq Dağa Dırmanma Federasiyası iranlı atlet Elnaz Rekabinin taleyi ilə bağlı narahatlığını bildirir: o, Seulda keçirilən Asiya çempionatında, ehtimal ki, vətənindəki kütləvi etirazlara dəstək məqsədilə başıaçıq çıxış edib.
Rekabi ölkəsinin qanunlarını pozan quyruğu və başında lentlə ictimaiyyət qarşısına çıxıb. Bu hadisə son 43 ildə ilk dəfə baş verib. İran qanunlarını pozduğuna görə qızı həbs və pul cəzası gözləyir.
Cənubi Koreyanın paytaxtı Seulda keçirilən turnirdə idmançı dördüncü yeri tutub. İrandan olan qaya alpinistinin 33 yaşı var. Nəticədə, KİV-in məlumatına görə, o, Seulu vaxtından əvvəl tərk etməli olub və indi onu həbs gözləyir.
Elnaz bir neçə il əvvəl “Euronews”a hicab və idman problemlərindən danışmışdı: “Digər idmançılar həmişə təəccüblənirlər və bir az da qəribə gəlir ki, “bir qız yüksək temperaturda qapalı yerdə yarışlar zamanı niyə hicab taxır, qollarını və ayaqlarını örtən paltar geyinsin?”. Təbii ki, hava isti olanda hicab problemə çevrilir. Yarışlar zamanı orqanizmdən istiliyin çıxarılmasına ehtiyac var. Biz özümüz çalışdıq ki, həm hicaba, həm də qayaya dırmanma sahəsinə uyğun gələn forma yaradaq”.
İranın Cənubi Koreyadakı səfirliyi həbslə bağlı xəbərləri qəti şəkildə təkzib edib.
Evə gedərkən Rekabi sosial şəbəkədə yazıb ki, o, sadəcə olaraq ağır idman stressi səbəbindən baş örtüyü taxmağı unudub. Lakin federasiya onun mesajı təzyiq altında dərc etdiyini istisna etmir.
(Euronews)