Belarus alayı həm döyüşə, həm də çevrilişə hazırlaşır: “Dinc etiraz nəticə vermədi”

Belarus alayı həm döyüşə, həm də çevrilişə hazırlaşır: “Dinc etiraz nəticə vermədi”

“Yumruqların və silahların iştirakı olmadan diktatoru devirmək cəhdləri mümkün deyil”

Rusiyanın Ukraynaya hərbi təcavüzünə qarşı mübarizə aparmaq üçün Kiyevdə belaruslu könüllülər təlim keçir. Bu, 1863-cü ildə Rusiya imperiyasına qarşı yanvar üsyanının qəhrəmanı Kastus Kalinovskinin adını daşıyan alayın bazasıdır.

Rəsmi məlumatlara görə, bölmə 2 min nəfərdən ibarətdir. Cəbhədə 300 döyüşçü vuruşur. Onlar digər yerlərlə yanaşı, Buçanın müdafiəsində iştirak ediblər.

Alayın zabitlərindən biri Denis Proxorov şəhərin müdafiəsində göstərdiyi qəhrəmanlığa görə təltif edilib: “12 saat müdafiəni orada saxladıq. Bu döyüşdə ən yaxın dostumu itirdim. Orada çoxlu yaralılarımız var idi”.

Belarus alayının Varşava qərargahında deyirlər ki, müharibədən sonra hökuməti dəyişmək və müvəqqəti hökumətin qurulması zamanı “asayişi təmin etmək” üçün vətənlərinə qayıtmaq istəyirlər.

Proxorovun sözlərinə görə, oxşar fikirlər Kiyevdəki bazanın döyüşçüləri arasında da var: “Yumruqların və silahların iştirakı olmadan Lukaşenkonun hakimiyyətini devirmək cəhdləri artıq uğursuzluqla nəticələnib. Artıq çiçəkləri görmüşük, artıq skamyalarda yalın ayaqları görmüşük - işə yaramadı. İndi görürük ki, Lukaşenkonun hakimiyyətini ancaq zorla devirmək olar. Necə olacaq? Bütün canlıları məhv etmək üçün qəsdən girəcəyimizi demirəm, yox. Söhbət çevriliş üçün ordu hazırlamağımızdan gedir”.

Belarus şəhərlərinin küçələrində kütləvi etirazlar və qarşıdurma fonunda Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu hakimiyyətdə saxlamağın əsas təminatçısı adlandırılıb. Kreml də öz növbəsində vəziyyətin nəzarətdən çıxacağı təqdirdə, Minskə hərbi köməklik göstərəcəyini vəd etmişdi. Fevral ayında isə respublika Rusiyanın Ukraynaya hücumu üçün platsdarmlardan birinə çevrildi.

(Euronews)