Fransa bu imamı axtarır

Fransa bu imamı axtarır

Hökümət onun moizələrini “antirespublika”, “antisemitizm” və “antiqadın” kimi qəbul edir

Fransa hüquq-mühafizə orqanları, Konstitusiya Şurası din xadiminin ölkədən çıxarılmasına icazə verdikdən sonra yoxa çıxan İmam Həsən İkiusseni axtarır. Hökümət onun moizələrini “antirespublika”, “antisemitizm” və “antiqadın” kimi qəbul edir.

Ehtimallara görə, o, Belçikada ola bilər. Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin deportasiyaya təkid edib.

Hassan İkiussen Fransada anadan olub, lakin Mərakeş vətəndaşlığına malikdir. Vəkil imamın ailə üzvləri və sol müxalifətin bir hissəsi hesab edir ki, Fransanın Ali Məhkəməsinin qərarı şəxsi və ailə həyatına hörmət hüququnu kobud şəkildə pozur.

(Euronews)