“Mən terror təşkilatına qoşulduğumu başa düşürəm” – Etirafdan öncə və sonra (FOTO)

“Mən terror təşkilatına qoşulduğumu başa düşürəm” – Etirafdan öncə və sonra

O, sağ qalan və bu aqibəti yaşayanlardan sonuncusudur – digərləri öldürüldü...

2015-ci ildə, 15 yaşlı London məktəblisi Şamima Begüm ailəsini tərk edərək, iki rəfiqəsi ilə gizli şəkildə qondarma “İslam Dövləti”nin (İD) nəzarət etdiyi əraziyə gedib ki, yaraqlıların birinə ərə getsin. O vaxtdan bəri o, üç uşaq dünyaya gətirdi, heç biri sağ qalmadı, Britaniya vətəndaşlığını itirdi və bir neçə ildir ki, Suriyada qaçqınlar düşərgəsində yaşayır və aqibətini gözləyir.

O, Britaniya vətəndaşlığı pasportunu almaq üçün müraciət etdi. Keçən il ərzində o, BBC-yə verdiyi çoxsaylı müsahibələrində uçuşunu necə planlaşdırdığı, İD-dəki həyatının necə olduğu və Suriya düşərgəsində nələrə dözməli olduğu barədə ətraflı danışıb.

Şüurlu hərəkətlər

Şərqi Londondan olan üç məktəbli qızın “İslam Dövləti” yaraqlıları ilə evlənmək üçün gizli şəkildə Suriyaya necə getməsi hekayəsi sürətlə bütün dünyaya yayıldı. Əvvəlcə onların ailələri, Britaniya polisi və işdə iştirak edən vəkillər onların hələ də saxlanıla biləcəyini və evlərinə qayıtarılmağın mümkün olacağını düşünüblər.

Lakin onlar izlərini o qədər ustalıqla örtdülər ki, heç bir iz buraxmadılar. Yeganə ipucu, səfərdə lazım ola biləcəyini düşündükləri siyahının bir hissəsi olan bir kağız parçası idi.

BBC jurnalisti Coş Beykerin qaçışlarını bu qədər diqqətlə planlaşdırmağa kömək edənin kimliyi sualına Şamima cavab verdi ki, onlara onlayn olaraq geniş məlumat verilib.

Biri (kim olduğunu bilmir) şübhə doğurmamaq üçün yanlarında çox şey götürməməyi desə də, “ərini razı salmaq” üçün çamadana gözəl paltarlar yığmağı tövsiyə edib. Şamima etiraf edib ki, o, nəyin nəzərdə tutulduğunu çox yaxşı başa düşmürdü, lakin o, çox sevdiyi, lakin Suriyada, hətta daha çox İD-nin nəzarətində olan ərazidə olmayan ən azı 30 bağlama nanəli şokolad almışdı.

"İndi bu cinayətdir və bu, podkastin birinci hissəsində Josh ilə söhbətinin yeganə işıqlı anı idi”, - o dedi.

Sonra isə…

Qaçdığı gün Şamimə evdən çox tez çıxdı. Bu, məktəb tətili zamanı idi və o, valideynlərini birtəhər əmin etməli idi ki, xüsusi bir şey yoxdur. Nəticədə o, anasına iştirak etmək niyyətində olmadığı imtahanlara (GCSE) hazırlaşmaq üçün əlavə dərslərə getdiyini bildirib.

Anası onu avtobus dayanacağına qədər apardı. "Hər şey yuxuda olan kimi idi. Bilirdim ki, yəqin, onu sonuncu dəfə görürəm”, - dedi Şamima.

Ehtiyatla başqa yerdən buraxılmış çamadanları götürdükdən sonra, həmçinin İD təlimatçılarının məsləhəti ilə üç qız “Gatwick” hava limanında pasport nəzarətindən sağ-salamat keçərək İstanbula gedən Türk Hava Yollarının təyyarəsinə miniblər. Türkiyəyə yağan güclü qar səbəbindən uçuş ləngiyib və ən çox Şamima onların tapılıb vətənə qayıdacağından qorxurdu. Amma təyyarə havaya qalxdı, üç qaçaq sağ-salamat İstanbula endi və avtovağzala çatdılar. Orada “daha çox islami paltar” geyindilər və onları sərhəddən keçirməli olan şəxslə əlaqə saxladılar.

Və bu, onların səyahətlərinin ilk və ən təhlükəsiz hissəsinin sonu idi. Üç London məktəblisinin sonrakı taleyi indi qaçaqmalçılardan və dünyanın ən qəddar terror təşkilatlarından birinin üzvlərindən asılı idi.

… və indi

Şamima Begum İD-nin məğlubiyyətindən sonra bu düşərgəyə düşmüş və keçmiş ölkələri tərəfindən geri qayıtmaq hüququndan məhrum edilmiş minlərlə qadın və kişidən biridir. Qaçdıqdan 7 il sonra Şamimanın həyatı hələ də başqa insanlardan asılıdır. Düzdür, indi bu qərarları “İslam Dövləti” deyil, Böyük Britaniyanın hakimiyyət orqanları verir.

O, Britaniyada ictimai rəyin onu “təhlükəsizliyə və həyat tərzinə təhdid” hesab etdiyini başa düşür, lakin o, tamam başqa insana çevrildiyini deyir. Şamima hesab edir ki, bunun günahkarı yalnız onu İD ilə əlaqələri üzrə maraqlananda xatırladan mediadır: “İslam Dövləti” haqqında düşünəndə məni düşünürlər, çünki mənim adım ancaq bu kontekstdə mətbuatda tirajlanıb”.

Lakin sonda Beyker birbaşa onun terror təşkilatına qoşulduğunu başa düşüb-düşmədiyini soruşduqda, Şamima belə cavab verib: “Bəli, başa düşürəm”.

Uşaqlar üçün təhsil üzrə keçmiş müşaviri Tees Lawton BBC-yə deyib ki, Britaniya ictimai rəyi əvvəlcə onun tərəfində olub, onu islamçı təbliğatın qurbanı kimi qiymətləndirib. Ancaq indi çoxları hesab edir ki, “Şamima, sadəcə olaraq özünü ağıllı göstərərək, hamımızı dəyişdiyinə inandırmağa çalışır ki, guya, başdan ayağa qara islami paltarlara bürünmüş qadın əvəzinə, Qərb ölkəsinin sıravi vətəndaşına çevrilib. Özünü elə aparır ki, sanki bütün həyatını Londonun şərqində keçirib".

"Əksər insanlar deyəcəklər ki, açığını desəm, ona heç bir borcumuz yoxdur. O, bu vəziyyətə özü-özünü salıb, özü də qoy qaşıqlasın", - deyə Lawton əlavə edib.

İndi Begümün vəkilləri apellyasiya məhkəməsini onun cinayətkar olmadığına, onu “İslam Dövləti”nə sövq edən insan alverçilərinin qurbanı olduğuna inandırmaq istəyirlər. Şamima sağ qalan üç qaçaqdan sonuncusudur - Amirə Abazi və Kadima Sultana öldürüldü...

(BBC)