Roma Papası hindulardan üzr istədi - VİDEO

Roma Papası hindulardan üzr istədi -

“Mədəni məhvetmə və məcburi assimilyasiya layihələrində kilsə və dini icma üzvlərinin iştirak etdiyinə görə üzr istəyirəm

Roma Papası Fransisk katolik internat məktəbi sistemində onilliklər ərzində uşaq istismarına görə Kanadanın yerli xalqından üzr istəyib. O, Maskvaçis qəsəbəsində bu qəbildən olan keçmiş təhsil ocaqlarından birinin yaxınlığındakı “tövbə ziyarəti” zamanı tarixi çıxış edib.

"Çox üzr istəyirəm. O dövrün hökumətləri tərəfindən təşviq edilən və sistemdə kuliminasiya nöqtəsinə çatan bu mədəni məhvetmə və məcburi assimilyasiya layihələrində nə qədər kilsə və dini icma üzvlərinin iştirak etdiyinə görə üzr istəyirəm”, - deyə Papa Fransisk bildirib.

Ənənəvi “pau vau” toplanma yerində keçirilən mərasimdə Kanadanın Baş naziri Castin Trüdo və dörd Kri qəbiləsinin liderləri və başqaları iştirak ediblər.

“Sizinlə keçirdiyimiz müddət ərzində bizə aydın oldu ki, siz dilimizin necə sıxışdırıldığı, mədəniyyətimizin əlimizdən alındığı, mənəviyyatımızın şərləndiyi barədə şəhadətləri diqqətlə və böyük mərhəmətlə dinləmisiniz”, - deyə hüquqşünas və Kri qəbiləsinin başçısı Villie Littlechild söyləyib.

Qeyd edək ki, katolik kilsəsi tərəfindən idarə olunan internat məktəbləri sistemi Kanadada 19-cu əsrdən 20-ci əsrin sonuna qədər mövcud olub. Bu müddət ərzində ailələrindən zorla götürülən 150 mindən çox yerli qəbilələrin uşaqları ora göndərilib. Onların bir çoxu zorakılıq, qida çatışmazlığı və xəstəlikdən dünyasını dəyişib.

(euronews)