Moskvada dəhşətli “dəfn mərasimi”

Moskvada dəhşətli “dəfn mərasimi”

Atasının meyidini montaj köpüyü ilə doldurdu və...

Moskvalı bir ruhi xəstə öz mənzilində dəhşətli bir “dəfn” təşkil edib. O, atasının bədənini poliuretan köpüklə doldurub və xoşagəlməz qoxudan xilas olmaq üçün bütöv bir partiya hava təravətləndirici flakonu alıb.

MK-ya məlum olduğu kimi, xilasedicilər avqustun 30-da Sudostroitelnaya küçəsindəki mənzillərdən birində dəhşətli tapıntı aşkar ediblər. Səhər saatlarında binanın sakini Marina (bütün adlar dəyişdirilib) rayon polis əməkdaşına zəng edib.

Qadın polisə bildirib ki, onlardan bir mərtəbə aşağıda 85 yaşlı iflic xəstəsi psixo-dispanserdə qeydiyyatda olan, 53 yaşlı oğlu Romanla birgə yaşayır. Hər səhər qonşular oğlunun atasının üstünə qışqırdığını eşidib və qalmaqallar zərbə səsi ilə müşayiət olunurmmuş.

İki həftə əvvəl səhər qışqırıqları kəsilib. Sonra Marina şəhər kənarındakı bağına gedib. Və o, avqustun 30-da mənzilə qayıdanda, girişdə və mənzildə milçəklərin yığıldığını və yaşayış yerində davamlı iyrənc qoxu olduğunu görüb.

Marina rayon polis zabitinə üz tutub, polis də öz növbəsində Fövqəladə Hallar Nazirliyinə zəng edib. Mənzilin qapısını sındıran xilasediciləri həşəratlarla dolu mətbəxdə pivə içən Roman qarşılayıb. Mənzilin bütün divarları xaç və svastika təsvirləri ilə boyanmışdı.

Polis yaşlı kişini yataqda tapmasa da, axtarışdan sonra onun meyitini şkafda tapıb. Adamın bədəni montaj köpüyü ilə doldurulmuşdu. Oğlu atasının cəsədinin şkafda necə peyda olduğunu  izah edə bilməyib. Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayış yerində 35 şüşə hava təravətləndirici sayıblar. Yəqin ki, Roman bu yolla qoxudan xilas olmağa çalışırmış.

Qonşuları polisə bildiriblər ki, mərhum təqaüdə çıxana qədər sikkəxanada işləyib. Həyat yoldaşı 20 ildən bir qədər çox əvvəl vəfat edib və təqaüdçü iki oğlu ilə qalıb. Uşaqlardan biri 2000-ci illərin əvvəllərində ata evini tərk edib.

Dörd il əvvəl insult keçirən qoca yataq xəstəsi idi. Xəstəyə onunla birlikdə yaşayan oğlu baxırdı.

Ancaq bir il sonra qonşular Romanın psixi pozğunluğunu seziblər: adam mənzillərin ətrafında qaçaraq sakinləri "çeçenlərlə müharibəyə" getməyə çağırırmış...

Kişi müalicə üçün psixiatriya xəstəxanasına yerləşdirilir. Xəstəxanadan çıxandan sonra Roman tamamilə dözülməz hala gəlir: giriş qapılarını sındırıb, kilidləri xarab edib, telefon və internet naqillərini kökündən çıxarıb.

Roman saxlanılıb, polis onun atasının ölümündə günahının olub-olmadığını yoxlayır, lakin sakinlər ruhi xəstənin evə qayıdacağından və qonşularının həyatını zindana çevirməyə davam edəcəyindən qorxurlar.

(mk.ru)