Şahzadəni oğurlamaq istəyirlər
“O sərbəst şəkildə çölə çıxa bilmir, bunlar dəhşətli nəticələrdir”
Hollandiyada vəliəhd şahzadə Amaliya hücum və ya adam oğurluğu təhlükəsi səbəbindən tələbə yataqxanasını tərk edib və evə qayıtmaq məcburiyyətində qalıb. Bunu jurnalistlərə kral Villem-Aleksandr və kraliça-konsort Maksima deyib.
Bundan əvvəl yerli media təhlükəsizlik xidmətlərinin Baş nazir Mark Rüttenin də mümkün hədəf kimi göründüyü mütəşəkkil cinayətkar qruplaşmanın danışıqlarını ələ keçirdiyini bildirmişdi.
Kralın böyük qızı Amaliya Amsterdam Universitetində oxuyur.
"O, evdən çölə çıxmır. Bu, onun həyatına ciddi təsir edib. Təbii ki, bu, o deməkdir ki, o, Amsterdamda yaşamır və sərbəst şəkildə çölə çıxa bilmir. Bunlar dəhşətli nəticələrdir. Onun başqaları kimi tələbə həyatı yoxdur. Amma deməliyəm ki, onun vəziyyəti idarəetmə tərzindən qürur duyuram”, - deyə kraliça-konsort Maksima bildirib.
Baş nazir Mark Rütte xəbəri "dəhşətli" adlandırıb: "Xəbərlər, ilk növbədə, Amaliya ilə bağlı böyük narahatlıq doğurur. Əlavə etməliyəm ki, bu təhdidlər barədə heç nə deyə bilmərəm. Amma sizi əmin edə bilərəm ki, bu işdə iştirak edən hər kəs onun təhlükəsizliyini təmin etmək üçün əlindən gələni edir”.
(Euronews)