Koronavirusa qarşı daha iki vaksin yaradıldı

Koronavirusa qarşı daha iki vaksin yaradıldı

Bu peyvəndlərdən kütləvi şəkildə istifadə edilib-edilməyəcəyi hələlik bəlli deyil

Avropa Dərman Agentliyi koronavirusa qarşı daha iki “Pfizer” və “Moderna” vaksinini sertifikatlaşdırıb. Bu dəfə söhbət bu il pandemiyanın inkişafını müəyyən edən ən böyük yayılma partlayışları ilə əlaqəli olan “Omicron” ştammı ilə mübarizəyə uyğunlaşdırılmış vaksinlərdən gedir.

Sertifikatlaşdırılmış dərmanların infeksiyanın orijinal versiyasına qarşı təsirli olduğu qeyd edilir. Mütəxəssislər ümid edirlər ki, vaksinlər virusun sonrakı mutasiyalarına qarşı kifayət qədər yüksək səviyyədə qorunma təmin edəcək.

Bu peyvəndlərdən kütləvi şəkildə istifadə edilib-edilməyəcəyi hələlik bəlli deyil. Avropa Dərman Agentliyi son dozadan üç aydan gec olmayaraq revaksinasiya etməyi tövsiyə edir.

(Euronews)