Kilsə şoka saldı: 330 min nəfər azyaşlıya qarşı...

Kilsə şoka saldı: 330 min nəfər azyaşlıya qarşı...

“Bu dəhşətli əməlin heç bir maddi kompensasiyası yoxdur”

5 oktyabr 2021-ci ildə Kilsədəki Cinsi Zorakılıq üzrə Fransa Müstəqil Komissiyası ruhu titrədən hesabat dərc etdi: sənədə əsasən, 1950-ci ildən 2020-ci ilə qədər azı 330 min nəfər azyaşlı ruhanilər və ya kilsə üzvləri tərəfindən cinsi zorakılığın qurbanı olub. Zərərin ödənilməsi ilə bağlı iki müstəqil orqan yaradıldı: zərərin tanınması və ödənilməsi üzrə milli orqan və həmçinin zərərin tanınması və ödənilməsi komissiyası. Bir ildən çoxdur fəaliyyət göstərirlər, bu, zərərçəkənlərə rahatlıq gətiribmi?

Nə ədalət var, nə də pul

Nensi Kuturie “yox” deyir. Bu zorakılıq qurbanı yeni səlahiyyətlilər tərəfindən qəyyumluq altına alınan ilk şəxslərdən biri idi: “Biz ədaləti, pulla ədaləti tələb edirik, çünki artıq mülki ədalətimiz yoxdur”.

Nensi davam edir: “Bizə həqiqətən də qəbul olunduğumuz, qurbanların nələrə dözməli olduğunu nəzərə aldıqları, bu insanların hələ də var olduqlarını etiraf etmək lazımdır”.

Qadının sözlərinə görə, elan edilmiş təzminat məbləğləri ona təhqiredici görünür. O, digər qurbanlara dəstək olmaq üçün bir dərnək yaratmağa qərar verdi. Çoxlu qəzəblənən insanların olduğu  məlum oldu. Onlar Nensinin poçtuna bildirişlər göndərirdilər.

"Siz onların məktubunu oxudunuz: şəxsiyyətlər müəyyən edilib, keşişlər müəyyən edilib, həyat üçün ağır nəticələri açıqlanıb və cəmi 37 min avro verilir. Amma bu, qəbuledilməz məbləğdir. Maksimum 60 min avro əldə etmək üçün gərək yataq xəstəsi olasan. Bu, iyrənc və anormaldır!”, - deyə Nensi şikayətlənir.

Olmayan kompensasiya

60 min avro kompensasiyanın maksimum məbləğidir. Assosiasiyanın vəkili Maitre Sannier deyir ki, rəqəmlər çox aşağıdır: “Onların əməlin şiddətinə uyğunlaşdırılması vacibdir. Onlar keşişin əlini uşağın ombasına qoyduğuna görə Sent-Etyen məhkəməsində qazandığım məbləği təklif edirlər”.

Vəkilin sözlərinə görə, təzminatın məbləğinə zərərçəkənlərin müalicəsi ilə bağlı xərclər daxil deyil: "Siz terapiyaya 60 min avrodan çox pul xərclədiyiniz zaman sizə təzminat vermədikləri ortaya çıxır".

Bu arada, Tanınma və Təzminat Komissiyasının rəhbəri Antuan Qarapon əmindir ki, pozulmuş həyatların bərpasına kömək edəcək bir məbləğ yoxdur: "Biz hesab edirik ki, pulun tam geri qaytarılacağını vəd etmək vicdansızlıq olardı. Onlar başlarına gələnin tam dəyərini  heç vaxt almayacaqlar, çünki belə bir geriqaytarma sadəcə olaraq mövcud deyil".

Bu strukturlar üçün başqa bir problem səssizlikdir. Bu günə qədər qurbanların yalnız 1%-dən az hissəsinə ziyanın ödənilməsi prosesinə başlanılıb.

(Euronews)