Lukaşenko da səfərbərlik elan etdi, amma...

Lukaşenko da səfərbərlik elan etdi, amma...

“Tələbələri, fəhlələri, dövlət qulluqçularını – hər kəsi səfərbər edin”

Belarus Prezidenti Aleksandr Lukaşenko da səfərbərlik elan edib. Amma, Putindən fərqli olaraq, Lukaşenko hamını müharibəyə deyil, kartof, kətan və digər bitkilərin yığımı kampaniyasının keyfiyyətli başa çatdırılması üçün səfərbər olmağa çağırıb.

Lukaşenkonun sözlərinə görə, məhsul yığımına təkcə aqrar-sənaye müəssisələrinin işçiləri deyil, həm də tələbələr cəlb edilməlidir: “Buna görə də tələbələri, fəhlələri, dövlət qulluqçularını və digər insanları bizdə yetişən hər şeyi yığmaq üçün səfərbər edin”.

Belarus lideri onu da vurğulayıb ki, 2022-ci ildə respublikada ərzaq məhsullarının, xüsusən də Rusiya və Çin bazarlarına ixracı üçün əlverişli vəziyyət yaranıb: “Proqnozlara görə, bu dövlətlər iki dəfə çox Belarus məhsulu ala bilər. Ona görə də haradasa sanksiyalar var, hansısa səfərbərlik, müharibə və sair barədə söhbətlər qəbul edilmir. Bunu unudun. Siz öz ərazinizi, insanlarını görməlisiniz. Vaxtında əkin etməlisən, qışa getməlisən, şumu qaldırmalısan, yaz səpininə hazırlaşmalısan”.

Daha əvvəl Lukaşenko respublikanın “görünməmiş sanksiya təzyiqi” şəraitində uğurla inkişaf etdiyini bildirmişdi.

(lenta.ru)