Moskvaya yeddinci zərbə - Qərar verildi
Avropa İttifaqı növbəti sanksiyalar paketini təsdiqləyib
Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini təsdiqləyib. “Avronews” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen öz "Twitter" hesabında məlumat paylaşıb.
“Aİ Şurası Rusiyaya qarşı yeddinci sanksiyalar paketini, o cümlədən qızıla qismən embarqonu təsdiqləyib. Üzv ölkələr Kremlə qarşı gücləndirilmiş və uzadılmış sanksiyalarımızı təsdiqləyiblər”, - deyə xanım siyasətçi qeyd edib.
Sanksiyalar 55 fiziki və hüquqi şəxsə də şamil edilib. Eyni zamanda, idxalı qadağan edilən ikili təyinatlı malların siyahısı genişləndirilib. Sanksiyaların yeni paketində göstərilən tədbirlər Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.