“Vaqner” “İslam Dövləti” ilə eyni siyahıda yer aldı

“Vaqner” “İslam Dövləti” ilə eyni siyahıda yer aldı

ABŞ rusların özəl hərbi təşkilatını terrorçu təşkilat elan edib

Co Bayden administrasiyası Rusiyanın “Vaqner” özəl hərbi təşkilatını xristianlar ilə müsəlmanlar arasında silahlı qarşıdurmaların bürüdüyü Mərkəzi Afrika Respublikasında dini etiqad azadlığının pozulmasına görə “xüsusi narahatlıq doğuran” təşkilat kimi siyahıya salıb.

ABŞ Dövlət Departamenti “Vaqner”ə “Taliban”, “İslam Dövləti”, “Boko Haram” və “Əş-Şəbab” terror qruplaşmalarına oxşar status verib.

BMT ekspertləri və bir sıra Qərb mediası “vaqnerçilər”i bütün Afrika qitəsində qətllər və çoxsaylı insan haqları pozuntuları törətməkdə, habelə resursları, xüsusən də almazları mənimsəməkdə ittiham edir.

Dekabrın 1-də ABŞ senatorları Yevgeni Priqojinin yaratdığı qrupun “xarici terror təşkilatı” kimi tanınmasını təklif ediblər.

(Euronews)