Yenə kilsə, yenə kütləvi cinsi istismar...
Sənəd Yepiskop Konfransına təhvil verilib
Portuqaliyadakı Katolik Kilsəsində uşaqların cinsi istismarı hallarını araşdıran müstəqil komissiya 512 şikayəti təsdiqləsə də, 4815 hadisəni açıqlayıb. Bu barədə komissiyanın koordinatoru, uşaq psixiatrı Pedro Strext məlumat verib.
İstintaq 2022-ci ildə aparılıb, ona müstəqil ekspertlər, kilsə ilə əlaqəsi olmayan şəxslər - keçmiş ədliyyə naziri, sosioloqlar və sosial işçilər cəlb edilib.
Yanvar ayında işə başlayandan dərhal sonra bir həftə ərzində yüzdən çox şikayət və mesaj meydana çıxıb. Oktyabr ayına qədər bu rəqəm 400-ü keçib.
Pedro Strext şikayətlərin sayının artacağı ilə bağlı xəbərdarlıq edib. Komissiya 1950-ci ildən indi 88 yaşı olan insanlara qarşı cinsi cinayətləri əhatə edən məlumatlara baxmağa başlayıb.
Bu, o deməkdir ki, əksər hallarda iddia müddəti başa çatıb. Eyni zamanda cinayət işinin başlanması üçün prokurorluğa göndərilən ifadələr də var.
Sənəd ötən bazar günü yepiskop Xose Ornelasın sədrliyi ilə Portuqaliya Yepiskop Konfransına təhvil verilib. Hesabatın nəticələrinin birgə təhlili üçün martın 3-də plenar iclasın keçirilməsi planlaşdırılır.
(Euronews)