Rus ordusu üçün oğurluq kamera şübhəsi

Rus ordusu üçün oğurluq kamera şübhəsi

İsveçdən oğrulanan sürət kameraları Rusiya dronlarına yerləşdirilir?

İsveçdə sürət izləyən kamera oğurluğu dalğası medianın diqqətini çəkib. Müşahidəçilər hesab edirlər ki, kameralarda Rusiyanın Ukraynada istifadə etdiyi dronlar üçün lazım olan komponentlər ola bilər.

Ölkənin təhlükəsizlik orqanları bir sıra qəribə oğurluqları etiraf edib, lakin onların dronlarla əlaqəsi barədə xəbərləri şərh etməyiblər. Ekspertlər buna şübhə ilə yanaşırlar, lakin belə bir versiyanı istisna etmirlər.

"Düşünürəm ki, İsveçdə aşkar edilən böyük oğurluqdan sonra bu kameraların Rusiyaya çatması üçün çox qısa müddət keçib. Bununla belə, dolayı əlaqə ola bilər, çünki biz bunu əvvəllər də görmüşük: cinayətkar dəstələr həmişə satılması rahat olan bir şeyə daha tez reaksiya verirlər”, - deyə İsveç Müdafiə Universitetinin dosenti Hans Livanq bildirib.

Təkcə son iki ayda İsveç yollarından təxminən 150 sürət kamerası oğurlanıb. Onların Rusiya dronlarında istifadə edilənlərə bənzədiyi bildirilir.

Son həftələr Rusiya Ukraynanın mülki obyektlərinə zərbələr endirmək üçün belə hava silahlarından istifadəni gücləndirib.

(Euronews)