Kreml inadından dönmür: “Xüsusi hərbi əməliyyat davam edəcək”

Kreml inadından dönmür: “Xüsusi hərbi əməliyyat davam edəcək”

“Kiyev artıq danışıqlar trekindən çıxıb” – Dmitri Peskov

“Ukraynada xüsusi hərbi əməliyyat davam edəcək”. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqların mümkünlüyü haqqında suala cavab verən Peskov deyib ki, Kiyev artıq danışıqlar trekindən çıxıb: “Moskvanın tələbləri dəyişmir, xüsusi hərbi əməliyyat davam edəcək”.