Nobel mükafatı laureatı ömrünü həbsxanada keçirəcək

Nobel mükafatı laureatı ömrünü həbsxanada keçirəcək

O, korrupsiyada və dövlət əmlakını şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham olunur

Myanma məhkəməsi keçmiş dövlət müşaviri Aun San Suu Djini daha 7 il müddətinə azadlıqdan məhrum edib. Ümumilikdə müxalifətdə olan Demokratiya Uğrunda Milli Liqanın 77 yaşlı lideri ömrünün 33 ilini həbsdə keçirməli olacaq.

Ən sonuncu - artıq 15-ci işdə Nobel Sülh Mükafatı laureatı Aun San Suu Dji yenidən korrupsiyada, yəni təbii fəlakətlərin baş verdiyi ərazilərə yardım göstərmək üçün helikopter almaqda və ondan şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham olunur. Məhkəmə prosesi tamamilə qapalı keçirilib və xəbər agentliklərinə hökm barədə məlumatı anonim mənbə verib.

2021-ci ilin fevralına qədər Myanmanın faktiki lideri olan Aun San Suu Dji hərbi xuntanın mülki hökuməti devirməsi nəticəsində dövlət çevrilişi nəticəsində hakimiyyəti itirib. Aun San Suu Dji-nin həmsöhbətləri və müstəqil ekspertlər deyirlər ki, ölkənin keçmiş liderinə qarşı qaldırılan iddialar hərbi çevrilişi qanuniləşdirmək üçün siyasi motivlidir.

(Euronews)