“Türklər ərazimizə daxil olmayıb və çobanlarımızı əsir götürməyiblər” – RƏSMİ TƏKZİB
Araqatsotn Vilayət Administrasiyası: “Bu barədə yayılan xəbərlər həqiqətə uyğun deyil”
Erməni mətbuatının yaydığı xəbərə görə, Ermənistanın Araqatsotn vilayətinin Araqatsavan kəndində erməni çobanlar üç silahlı türkiyəli tərəfindən əsir götürülüb. Lakin Araqatsotn vilayət administrasiyası bu barədə yayılan məlumatları təkzib edib.
Administrasiyadan verilən açıqlamada sözügedın xəbərin tamamilə həqiqətə uyğun olmadığı bildirilib: “Heç bir türk Araqatsavana girməyib, bir nəfər də olsun çoban əsir düşməyib”.
Bundan əvvəl “168.am” saytı öz oxucularına istinadən xəbər vermişdi ki, 3 silahlı türk Araqatsavan kəndinə daxil olaraq 8 çobanı əsir götürüb, mal-qarasını da aparıb. Nəşr iddia edib ki, bir müddət sonra Rusiya tərəfinin vasitəçiliyi ilə çobanlar və mal-qara geri qaytarılıb.
(armeniatoday.news)