ÜST fövqəladə vəziyyət elan etdi: dünya ölkələrinə ÇAĞIRIŞ

ÜST fövqəladə vəziyyət elan etdi: dünya ölkələrinə ÇAĞIRIŞ

Qebreyesus: “Virusla bağlı səhiyyə sahəsində ən yüksək xəbərdarlıq pilləsi qüvvəyə minib”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinin dünyanın 50-dən artıq ölkəsində yayılmasını nəzərə alaraq, bu virusla bağlı “beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət” elan edib.

“Avronews” dünya mediasına istinadən xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Qebreyesus virusla bağlı səhiyyə sahəsində ən yüksək xəbərdarlıq pilləsinin qüvvəyə mindiyini açıqlayıb: “Koronavirus pandemiyasından fərqli olaraq, meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyətin elan edilməsi təxirəsalınmaz praktiki nəticələr doğurmasa da, üzv dövlətlərin hökumətlərini virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırırıq”.

Buraya səhiyyə işçiləri və dövlət qurumlarını məsələ ilə bağlı həssaslığı gücləndirmək, şübhəli hallar müəyyən edilərkən müvafiq tədbirləri görmək və eləcə də əhali arasında yoluxmadan qorunmaq üçün maarifləndirmə işini gücləndirmək daxildir.

Qebreyesus bildirib ki, indiyədək dünyanın 50-dan artıq ölkəsində meymunçiçəyinə yoluxanların sayı 16 mini ötüb. Bu ölkələrin əksəriyyətində əvvəllər meymunçiçəyinə yoluxma hallarına praktiki olaraq rast gəlinməyib.