İsrail ilə Türkiyə arasında uçuşlar bərpa olunur

İsrail ilə Türkiyə arasında uçuşlar bərpa olunur

Nazir: “İki gün ərzində İsrail ilə Türkiyə arasında uçuşlar bərpa olunacaq”

Türkiyə-İsrail münasibətlərinin bərpası istiqamətində mühüm addımlar atılır. Bu sırada İsrail tərəfi Türkiyəyə hava reyslərini bərpa edir.

“Avronews” xəbər verir ki, bunu Ankarada səfərdə olan İsrailin xarici işlər naziri Eli Kohen türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

“İki gün ərzində İsrail ilə Türkiyə arasında uçuşlar bərpa olunacaq. Bizim əsas iki hava yolu şirkətimiz artıq Türkiyəyə uçuşlara başlayacaq”, - deyə Kohen bildirib.