Türkiyədə həlak olan Azərbaycan vətəndaşlarının sayı artıb
XİN: Zəlzələ nəticəsində həyatını itirən vətəndaşlarımızın sayı 10 nəfərə çatıb
Türkiyədə indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb. “Avronews” bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinə istinadən xəbər verir.
XİN-in məlumatına görə, əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.
"Həlak olmuş vətəndaşlarımızın cənazələrinin fevralın 16-da Azərbaycana gətirilməsi nəzərdə tutulur. Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə məlumatda vurğulanır.