Türk ordusu hərəkətə keçdi: terror yuvaları bombalanır
Əməliyyata 50 ədəd qırıcı təyyarə və 20 ədəd PUA cəlb olunub
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda genişmiqyaslı anti-terror əməliyyatına başlayıb. “Avronews” Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, terrorçuların mövqelərinə nöqtəvi zərbələr endirilib.
Hava əməliyyatları PKK, PYD və YPG terrorçularının Türkiyəyə qarşı hücumları hazırladığı İraq və Suriyanın şimal ərazilərində keçirilir. Əməliyyatlar BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə icra olunur.
Bu gecədən başlayan əməliyyatlar zamanı Suriya və İraqın şimalında terrorçuların bazaları hava zərbələri ilə məhv edilib. Əməliyyata 50 ədəd qırıcı təyyarə və 20 pulotsuz uçuş aparatı (PUA) cəlb olunub.
Terror qruplaşmalarını zərərsizləşdirmək üçün təşkil olunan hərbi əməliyyatlara “Pence Kılıc” adı verilib.