Zəlzələ bölgəsindən 513 nəfər azərbaycanlı təxliyə edilib
XİN: Hazırda təxliyə prosesi davam edir
Bu günə qədər 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.
“Avronews” bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir. Məlumata görə, hazırda təxliyə prosesi davam edir.