Hindistanın Ermənistana hansı silahları göndərəcəyi bəlli oldu

Hindistanın Ermənistana hansı silahları göndərəcəyi bəlli oldu

Müqaviləyə əsasən, kompleksin 4 batareyasının tədarükü nəzərdə tutulub

Ermənistan Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sisteminin 3 versiyasını sifariş edib. “Indian Defence Research Wing”-in məlumatına görə, erməni tərəfi 250 milyon dollarlıq müqavilə əsasında “Pinaka Mk-1” sistemi (uzaqlığı 37,5 km), “Pinaka Mk-1 Enhanced” (45 km) və “Guided Pinaka” (75 km) versiyalarını sifariş edib.

Bildirilir ki, müqaviləyə əsasən, kompleksin 4 batareyasının tədarükü nəzərdə tutulub.

Daha əvvəl “Armenia Today” xəbər verib ki, sentyabrın sonunda Hindistan və Ermənistan erməni tərəfinə təxminən 244 milyon dollar məbləğində silah tədarükünə dair müqavilə imzalayıb.

Hindistan istehsalı olan “Pinaka” MLRS, artıq Hindistan ordusunda işlədilən silahlardandır. Ermənistana həmçinin tank əleyhinə raketlər və döyüş sursatları veriləcək.

(Armeniatoday)