Azərbaycan XİN: İsraildəki terror hücumunu qətiyyətlə pisləyirik
“Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə sinaqoqa silahlı hücumu pisləyib. “Avronews” xəbər verir ki, bu barədə XİN-in “Twitter“ səhifəsində paylaşım edilib.
“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, İsrailin Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər ölüb, 10 nəfər yaralanıb. İsrail polisi hadisəni terror aktı adlandırıb.