Rusların daha iki avtomobili Xankəndiyə keçib
Aksiya iştirakçıları avtomobillərin keçişinə şərait yaradıblar
Azərbaycanlı eko-fəalların dinc etiraz aksiyası keçirdikləri Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha 2 avtomobil keçib. “Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, etirazçılar avtomobillərin maneəsiz keçidinə şərait yaradıblar.
Avtomobillər Laçından Xankəndiyə keçid edib. Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıblar.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 32 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.