Türkiyədə son dəqiqə: ölü sayı 18 min nəfəri keçib
Dəhşətli təbii fəlakət nəticəsində xəsarət alanların sayı da artıb
Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlər nəticəsində həlak olanların sayı 18 342 nəfərə çatıb.
“Avronews” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
İndiyə olan məlumata görə, zəlzələ nəticəsində yaralananların sayı 74 242 nəfərdir.