Laçın-Xankəndi yolunda 52-ci gün
Dinc etiraz aksiyası davam edir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq azərbaycanlı eko-fəallar tərəfindən keçirilən dinc etiraz aksiyası davam edir. Bu gün aksiyanın 52-ci günüdür.
“Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, etiraz gecədən səhərə qədər davam edib. Etirazçılar günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.