Adada türk hürriyəti

Adada türk hürriyəti

“Azərbaycanla əlaqələrin inkişafını istəyirik”

Kuzey Kıbrıs Türk Cumhuriyyəti (Şimali Kipr Türk Respublikası) bu gün müstəqilliyinin 39-cu ilini qeyd edir. Türkiyə ordusu 1974-cü ildə Kıbrısa daxil olmasaydı, adada türk qalmayacaqdı, yunanlar qətliamı davam etdirəcəkdilər.

Bu tarixin üstündən 9 il keçdikdən sonra Kıbrısın əfsanəvi lideri Rauf Denktaş Kuzey Kıbrıs Türk Cumhuriyyətini elan etdi. Rəhmətlik Rauf bəylə 1998-ci ildə görüşmək imkanım olmuşdu, o, ada ilə Azərbaycan arasında sıx təmasların tərəfdarı idi.

İkinci dəfə Kıbrısda 2014-cü ildə oldum. Adanın o zamankı Prezidentinə və xarici işlər nazirinə suallar vermək imkanım oldu. Onlar da Rauf bəyin dediyini təkrarladılar: “Azərbaycanla əlaqələrin inkişafını istəyirik”.

Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması Azərbaycanın Kıbrısla sıx əlaqələrinə əngəl kimi qiymətləndirilirdi. Azərbaycanın Kıbrısı tanıması halında Yunanıstanın da Qarabağ separatçılarını tanıması təhlükəsi haqqında fikirlər səslənirdi.

Tanımaq şərt deyil, bunun əvəzinə Kıbrısla iqtisadi, humanitar əlaqələr genişlənə bilər, azərbaycanlı turistlərin Türkiyə üzərindən adaya turları təşkil edilə bilər. Türkiyənin Azərbaycandan və digər türk dövlətlərindən istəyi budur.

Müəllif: Elxan Şahinoğlu (politoloq)

Mənbə: “Facebook”