“Qarabağ dünya erməniliyi üçün Qarabağ offşor zonadır” – DEPUTAT
Zahid Oruc: “Azərbaycanı “kürü diplomatiyası”nda ittiham edənlərin özləri Xəzəri udmağa hazırdırlar”
“Xocavənddə qızıl-mis oliqarxlarının Avropaya uzanan əlləri torpaq uğrunda mübarizə deyil, mənfəət davasıdır. Azərbaycanı “kürü diplomatiyası”nda ittiham edənlərin özləri Xəzəri udmağa hazırdırlar. Avropalı deputatlara qızıl yataqlarının əllərindən çıxması birbaşa iqtisadi zərbədir. Sərvətlərimizi Azərbaycanın əleyhinə xərcləyirlər”.
“Avronews” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc səsləndirib.
“Bu gün dünya erməniliyi və təəssübkeşlərinin üst təbəqəsi üçün Qarabağ offşor zonadır. Lakin yunan əsilli, erməni dostları qrupunun lideri Eva Kaylinin həbsinin Ermənistana böyük zərbə olduğunu nəzərə alaraq, Azərbaycan dövləti Belçika polisinə ölkəmiz əleyhinə qəbul edilən bütün qətnamələrin korrupsiya ekpertizasının keçirilməsini tələb etməlidir”, - deyə deputat bildirib.