Əxlaq polisinin ləğvi son deyil
Bəs, digər qadağalar ləğv olunacaqmı?
İranda əxlaq polisinin ləğvi nə deməkdir? Bu, islahat deyil, sadəcə etirazçıların artan təzyiqini azaltmaq məqsədi daşıyır. Rejim bunu kiçik güzəşt kimi qiymətləndirir.
Ancaq əxlaq polisinin ləğvi İranda qadınların geyim azadlığına şərait yaradırmı – bu suala hələ aydın cavab verməyiblər.
Ancaq çin şüşədən çıxıb. İranda son 3 ayda qadınların bir qismi etiraz əlaməti olaraq onsuz da başlarını açırdı və artıq kimsə onları polisə aparmırdı, yollarda “əxlaq polisi” də yoxa çıxmışdı.
İranda başqa qadağalar da var, xarici televiziya kanallarına baxmaq, evlərin damlarında çanaq antenalar yerləşdirmək, Qərb musiqisini dinləmək yasaqdır. Bu qadağalar da ləğv olunacaqmı?
Müəllif: Elxan Şahinoğlu (politoloq)
Mənbə: “Facebook”