“Erməni tərəfinin yaydığı xəbər yalandır” - Müdafiə Nazirliyi
Rəsmi: “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb”
Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində, guya, atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
“Avronews” bu barədə Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlamasına istinadən xəbər verir. Nazirlik bəyan edir ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb: “Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur”.