Ermənistan MTX: Naxçıvana tranzit avtomobil yolu açılacağı təqdirdə...
“Ermənistan vətəndaşlarının sərbəst gediş-gəlişinə maneələr yaranacağı barədə fikirlərin əsası yoxdur”
Azərbaycandan Naxçıvana tranzit avtomobil yolunun açılması Ermənistanda hərəkətə heç bir məhdudiyyət gətirməyəcək. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.
Xidmətin bəyanatında vurğulanır ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan ərazisindən Azərbaycandan Naxçıvana tranzit avtomobil yolunun açılacağı təqdirdə, respublikada yerli və beynəlxalq əhəmiyyətli avtomobil yollarının bağlanacağı barədə xəbərlərin, Ermənistan sakinlərinin sərbəst gediş-gəlişinə maneələr yaradacağı barədə fikirlərin əsası yoxdur.
MTX bildirib ki, hökumətin qərar layihəsinə əsasən, Azərbaycandan Naxçıvana tranzit daşımaların mümkün olacağı 3 yeni keçid məntəqəsinin yaradılması nəzərdə tutulur: “Hazırda mümkün (avtomobil) tranzit marşrutları və prosedur hazırlanır, onun çərçivəsində Ermənistan əhalisinin, əcnəbilərin, habelə yerli və (və ya) beynəlxalq əhəmiyyətli yollarda heç bir bağlanma və (və ya) digər məhdudiyyət nəzərdə tutulmur”.
(armeniatoday.news)