AŞPA Prezidentindən Bakı və İrəvana çağırış
Tini Koks: “Sərhəddə vəziyyətin gərginləşməsi insanlara mənfi təsir göstərir”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Tini Koks Azərbaycan və Ermənistanı bütün fikir ayrılıqlarının həlli üçün səyləri ikiqat artırmağa və Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməyə çağırıb.
“Avronews” xəbər verir ki, o, bunu Strasburqda AŞPA-nın payız sessiyasının iclasında deyib.
“Son zamanlar Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi insanlara mənfi təsir göstərir. Mən Azərbaycan və Ermənistandan olan parlamentariləri Assambleyadan həssas və mühüm mövzuların müzakirə platforması kimi istifadə etməyə çağırıram”, - deyə AŞPA sədri bildirib.